2640 nəfər ölkədən çıxa bilmir - QADAĞA

2640 nəfər ölkədən çıxa bilmir - QADAĞA
  19 Fevral 2014    Oxunub:973
Fevralın 19-da ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə geniş müşavirə keçirilib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, müşavirədə ədliyyə orqanları tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Bildirilib ki, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən məqsədyönlü tədbirlərin cəmiyyətdə məhkəmələrə inamın artmasına, ədalət mühakiməsinə çatımlılığına, vətəndaşların hüquqlarının məhkəmələrdə müdafiəsinə müsbət təsirinin nəticəsidir ki, baxılan işlərin sayı xeyli artıb, bu da icra işlərinin sayının çoxalmasına səbəb olub. Belə ki, 2013-cü ildə icra işlərinin sayı ötən illə müqayisədə 24% artaraq 205 mini ötüb, onlardan 75%-nin icrası təmin edilib, hüquqi və fiziki şəxslərə 110 milyon manata yaxın vəsaitin ödətdirilib. Qərarların icrasına maneçilik törədən və icradan qərəzli şəkildə yayınan, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 2.400 nəfər inzibati məsuliyyətə cəlb olunub, 305 nəfər barəsində cinayət işi başlanıb, 2640 borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb.

Həmçinin, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırması mexanizmi xeyli təkmilləşdirilərək nazirliyin internet saytında yeni elektron xidmət istifadəyə verilib və hər bir kəs sayta daxil olub özü ilə bağlı qadağanın olub-olmamasını öyrənə bilər.


Teqlər:  





Xəbər lenti