Xədicə İsmayılın səs yazısı prokurorluğa təqdim olundu

Xədicə İsmayılın səs yazısı prokurorluğa təqdim olundu
  20 Fevral 2014    Oxunub:1638
Millət vəkili Ceyhun Osmanlı jurnalist Xədicə İsmayılın səs yazısını bu gün prokurorluq orqanlarına təqdim edib. Millət vəkili bu barədə “facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

C. Osmanlı bildirib ki, X. İsmayılın Art Garden restoranındakı görüşünün audio yazısı olan şəxsi telefonunu bu gün prokurorluq orqanlarına təqdim edib.

C. Osmanlı “facebook” səhifəsində yazıb: “Mən Brüsseldə səfərdə olan zaman jurnalist Xədicə İsmayıl növbəti dəfə adımı öz “facebook” səhifəsində yad etdi. “Jurnalist” Xədicə İsmayılın Art Garden restoranında özünə yaxşı məlum olan, amma başqalarına az məlum olan görüşünün audio yazısı olan şəxsi telefonumu bu gün Baş Prokurorluğa tәqdim etdim. Xәdicә xanımın yüksәk sәslә danışdığını hәr kәs bilsin deyә”.

Millət vəkili daha sonra belə bir sonluq yazıb: “Vәtәnә xәyanәt bağışlanılmır!!!”. AzVision.az xəbər verir ki, C. Osmanlı APA-ya açıqlamasında statusu özünün yazdığını təsdiqləyib.


Teqlər:  





Xəbər lenti