Abutalıbovun oğlu Suriyaya getməyib

Abutalıbovun oğlu Suriyaya getməyib
  20 Fevral 2014    Oxunub:1085
Bu gün yerli mətbuatda Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlunun Əsəd rejiminə qarşı vuruşmaq üçün Suriyaya getməsi haqda iddialar yayılıb.

Xəbər öz təsdiqini tapmasa da mətbuat sələfi təriqətinə qoşulan merin oğlu İsrafil Abutalıbovun mücahidlərə qoşulduğunu ehtimal edir.

Mətbuatın iddiası İsrafil Abutalıbovun yaxın çevrəsi tərəfindən təkzib edilib. AzVision.az-a açıqlamasında İsrafil Abutalıbovun tanışları onun Suriyaya getmədiyini, hazırda Bakıda oğlunu bildiriliblər.

Mer övladının şəxsi biznesi ilə məşğul olduğunu deyən yaxınları onun ara-sıra işləri ilə bağlı xarici səfərlərə getdiyini qeyd ediblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti