Məcburi köçkün anasının evini yandırdı

Məcburi köçkün anasının evini yandırdı
  20 Fevral 2014    Oxunub:1290
Ağdamda məcburi köçkün anasının evini yandırıb.
Ağdam rayon polis idarəsindən AzVision.az-a verilən məlumata görə, dünən saat 18:45 radələrində Ağdam rayonunun Qiyaslı kənd sakini 1988-ci il təvəllüdlü Nəbiyev Sərvan Arif oğlu ailə münaqişəsi zəminində sərxoş vəziyyətdə məcburi köçkünlər üçün inşa edilmiş anası Nəbiyeva Mülayim Soltan qızının adına olan evi qəsdən yandırıb.

Faktla bağlı cinayət işi açılıb.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti