Minaatan batareyaları döyüş atışları icra edir - VİDEO

 Minaatan batareyaları döyüş atışları icra edir  -  VİDEO
  17 Fevral 2021    Oxunub:3465
Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq təlim mərkəzləri və poliqonlarda minaatan batareyaların heyətləri ilə döyüş atışlı təlim məşqləri keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, şəxsi heyət ərazidə açılma və atəş mövqelərinin tutulması, hədəflərin aşkar edilməsi, atəşin korrektə edilməsi, eləcə də atəş mövqelərinin çevik dəyişdirilməsi üzrə normativləri yerinə yetirir.

Hərbi qulluqçular həmçinin müxtəlif məsafələrdə yerləşən hədəflərin minaatanlardan vurulması üzrə tapşırıqları yerinə yetirir.

Təlim məşqləri davam edir.



Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti