Bu gün Novruzun ilk çərşənbəsidir

   Bu gün Novruzun ilk çərşənbəsidir
  23 Fevral 2021    Oxunub:2325
Bu gün Azərbaycanda ilk çərşənbə qeyd olunur.
Azvision.az -ın məlumatına görə, su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlara başlanılır.

İnanclara görə, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. Xalq arasında “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Əzəl çərşənbədə el arasında su ilə bağlı ayinlər, mərasimlər keçirilir.

Su üstündən atlanmaq, arzularını, diləklərini suya söyləmək, sübh tezdən evə bulaq suyu gətirmək bu ayinlərdəndir. İnanclara əsasən, sübh tezdən bulaqdan götürülən su min bir dərdin dərmanıdır. Su təmizlik və saflıq rəmzi, həyatın başlanğıcı sayılır.

Qeyd edək ki, Azərbaycanda martın 2-si Od, martın 9-da Yel çərşənbəsi qeyd olunacaq. İlaxır - Torpaq çərşənbəsi martın 16-na təsadüf edəcək. Ölkəmizə yaz fəsli martın 20-si saat 13:37-də qədəm qoyacaq.

Azvision.az


Teqlər: Çərşənbə  





Xəbər lenti