Şəhid ailələrinə və qazilərə dəstək: “YAŞAT” Marafonuna start verilir (VİDEO)
Marafonda bütün dünya azərbaycanlıları “Gəlin Yaşadaq” şüarı altında birləşərək, Qələbəni bizə yaşadanlara və Zəfər tarixini yazanlara dəstək olacaq, onların xoş xatirələrini yada salacaqlar.
Videoyayım formatında təşkil ediləcək Marafon Azərbaycan Televiziyasında (AzTV) canlı nümayiş ediləcəkdir.
Marafon müddətində müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizlə və tanınmış şəxslərlə canlı bağlantılar təşkil ediləcək, şəhidlərimizin ailələri, Vətən müharibəsi qəhrəmanları və qazilərimiz çıxış edəcəklər.
Eyni zamanda “YAŞAT” Fondu tərəfindən qısa müddətdə görülən işlər barədə hesabat təqdim olunacaq.
Sonda media nümayəndələrinin sualları cavablandırılıb.
Azvision.az