Nizami Xudiyev vəfat edib

   Nizami Xudiyev vəfat edib
  25 May 2021    Oxunub:1127
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin (AZTV) keçmiş sədri, filologiya elmlər doktoru, professor Nizami Xudiyev vəfat edib.
Azvision.az xəbər verir ki, N.Xudiyev 72 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Nizami Mənaf oğlu Xudiyev 1949-cu il aprelin 1-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub. 1990-cı ildən ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının professoru olub. 1994-1996-cı illərdə ADPU-nun rektoru vəzifəsində çalışıb, 1995-ci ildə 2 saylı Şərur-Babək seçki dairəsindən Milli Məclisə deputat seçilib. 1996-2005-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri, 1996-2013-cü illərdə Nax­çıvan Dövlət Universitetinin nəzdində filologiya və Vətən tarixi üzrə ix­tisaslaşdırılmış müdafiə şurasının üzvü olub.

N.Xudiyev 14 kitabın və 400-dən artıq elmi məqalənin müəllifidir.

Allah rəhmət eləsin!

Azvision.az


Teqlər: NizamiXudiyev  





Xəbər lenti