“Jurnalistlərin faciəvi ölümü dəhşətli xəbərdir” - ATƏT rəsmisi

 “Jurnalistlərin faciəvi ölümü dəhşətli xəbərdir” -   ATƏT rəsmisi
  04 İyun 2021    Oxunub:1473
ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Tereza Ribeiro bu gün Kəlbəcərdə Azərbaycan media nümayəndələrinin minaya düşərək həlak olması ilə bağlı bəyanat yayıb.
Azvision.az xəbər verir ki, bu barədə ATƏT-in saytında məlumat yer alıb.

Bildirilib ki, Azərbaycan Dövlət Xəbər Agentliyi ("AZƏRTAC") və Azərbaycan Dövlət Televiziyasında (AZTV) çalışan iki jurnalist Kəlbəcərdə xidməti vəziflərini yerinə yetirərkən mina partlayışı nətiəsində həlak olublar.

Kəlbəcərdə çaya aşan yük maşınının sürücüsünün meyiti tapılıb - YENİLƏNİB
"AzTV-nin rejissoru Emin Məmmədov daxil olmaqla bir neçə şəxs yaralanıb. Məhərrəm İbrahimov ve Sirac Abışovun faciəvi ölümü dəhşətli xəbərdir. Onların yaxınlarına və həmkarlarına başsağlığı verirəm", - Ribeiro deyib.

ATƏT rəsmisi hüquq-mühafizə orqanlarının hadisə ilə bağlı cinayət işi açdığını qeyd edərək günahkarların məsuliyyətə cəlb ediləcəyinə ümidvar olduğunu söyləyib.

Xatırladaq ki, bu gün saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Azvision.az


Teqlər: Kəlbəcər   ATƏT  





Xəbər lenti