“Formula-2”: Son yarışın qalibi bəlli oldu - YENİLƏNİB

  “Formula-2”:  Son yarışın qalibi bəlli oldu -  YENİLƏNİB
  06 İyun 2021    Oxunub:1791
Azərbaycan Qran-prisi çərçivəsində Bakıda keçirilən “Formula-2” üzrə yürüşlər başa çatıb.
Azvision.az-ın məlumatına görə, yarış “Hitech Grand Prix”in pilotu Juri Vipsin qələbəsi ilə yekunlaşıb.

Oskar Pyastri (“Prema”) ikinci, onun komanda yoldaşı Robert Şvartzman isə üçüncü yeri tutub.



***
"Formula 1" Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda "Formula 2" yarışlarının üçüncü sprint yürüşünə start verilib.

Azvision.az xəbər verir ki, "Formula 2" yarışlarında hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparır. Pilotlar Bakı şəhər halqasında 29 dövrə vuracaqlar.

Qeyd edək ki, "Formula 1" Azərbaycan Qran-Prisinin birinci günündə pilotlar sərbəst yürüşdə güclərini sınayıblar. Yürüşdə “Hitech Grand Prix” komandasının pilotu Jüri Vips bütün rəqiblərini qabaqlayıb. “Campos” komandasından Ralf Boşunq sərbəst yürüşü ikinci, “Art Grand Prix”in sürücüsü Theo Pourçaire üçüncü yerdə başa vurublar.

Həmin gün keçirilən "Formula 2 "yarışının sıralanma turunun qalibi “Hitech Grand Prix” komandasının pilotu Liam Layson olub. Onun komanda yoldaşı Jüri Vips ikinci, “Prema Racing” komandasının pilotu Oskar Piastri isə üçüncü pillədə qərarlaşıblar.

Ötən gün keçirilən birinci sprint yarışında “Prema Racing” komandasının rusiyalı pilotu Robert Şvartsman birinci olub. “Carlin”in üzvü Dan Tiktum və “UNİ-Virtuosi” komandasının pilotu Quanyu Jou yarışı ilk üçlükdə tamamlayıblar. İkinci yarışda “Hitech Grand Prix” komandasının pilotu Jüri Vips fərqlənib. “Charouz Racing System”in üzvü David Bekmann yarışı ikinci, Cehan Daruvala (“Carlin”) isə üçüncü sırada tamamlayıblar.

Azvision.az


Teqlər: Formula-1   Qran-Pri  





Xəbər lenti