Təyyarələrdə daha bir qadağa götürüldü

Təyyarələrdə daha bir qadağa götürüldü
  09 İyun 2021    Oxunub:877
Azərbaycana uçuşlar və Azərbaycandan uçuşlar zamanı aviaşirkətlərə qida təminatı ilə bağlı qoyulan tələblərdən biri ləğv edilib.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”a etdiyi dəyişiklikdə qeyd olunub.

Dəyişikliyə əsasən, uçub gedən hava gəmiləri və uçub gələn hava gəmilərində sərnişinlərə xidmət üçün birdəfəlik istifadə qabları təqdim olunmasına dair tələb ləğv olunub.

Azvision.az


Teqlər: Təyyarə   Qadağa  





Xəbər lenti