"Hakimiyyət artıq parlamentdə istədiyini edə bilməyəcək" - Vanetsyan

 "Hakimiyyət artıq parlamentdə istədiyini edə bilməyəcək" -  Vanetsyan
  23 İyun 2021    Oxunub:1535
Əgər “Şərəfim var” bloku mandatlarını götürsə, o zaman hakim partiya parlamentdə istədiyi kimi davrana bilməyəcək.
Azvision.az xəbər verir ki, bunu "Şərəfim var" blokunun lideri Artur Vanetsyan bildirib.

Onun sözlərinə görə, blok mandatlarını almağa qərar verərsə, parlamentdə sərt müxalifət rolunu oynayacaq.

“Mübarizəmiz mütləq davam edəcək və parlamenti gücləndirmək üçün çalışacağıq", - Vanetsyan deyib.

Ermənistanda iyunun 20-də erkən parlament seçkiləri keçirilib. Səsvermənin nəticələrinə görə, Nikol Paşinyanın "Vətəndaş müqavilə"si partiyası səslərin demək olar ki, 54% -ni toplayaraq böyük fərqlə qalib gəlib. İkinci prezident Robert Koçaryanın lideri olduğu "Ermənistan" bloku 21,4%, "Şərəfim var" bloku isə 5,23% səs alıb. Bu üç qüvvə yeni parlamentə daxil olacaq.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Seçki   ArturVanetsiyan  





Xəbər lenti