Uşaq bağçasına silahlı hücum: Ölən var

  09 İyul 2021    Oxunub :692
Uşaq bağçasına silahlı hücum:   Ölən var
Cümə günü Marseldə baş verən silahlı hücum nəticəsində bir nəfərə atəş açılıb, üç nəfər bıçaqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə BFMTV telekanalı polisdəki mənbəsinə istinadən məlumat yayıb. Onun sözlərinə görə, hadisə Marselin 11-ci dairəsindəki uşaq bağçalarından birinin yaxınlığında yerli vaxtla saat 17:00 radələrində baş verib.

Hadisə yerinə gələn polis əməkdaşları güllə yarası alan 18 yaşlı gənci tapıblar. O, aldığı yaradan həyatını itirib. Telekanalın qeyd etdiyinə görə, həmin şəxs narkotika ticarəti ilə məşğul olurmuş.

İlkin məlumatlara görə, yoldan keçən üç nəfər zərərçəkmişə kömək etməyə yaxınlaşan zaman naməlum şəxs bıçaqla onlara hücum edib. Atəşin də onun tərəfindən açılması məlum deyil.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Marsel  






Xəbər lenti