Daha bir hakim koronavirusa yoluxdu

 Daha bir hakim koronavirusa yoluxdu
  31 Avqust 2021    Oxunub:787
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev koronavirusa yoluxub.
Azvision.az xəbərinə verir ki, test nəticəsi pozitiv olan hakimin icraatında olan işlər üzrə məhkəmə prosesləri təxirə salınıb.

Bundan başqa, Samir Hüseynovla eyni tərkibdə olan hakimlər Eldar İsmayılov və Cavid Hüseynovun da icraatında olan cinayət işləri üzrə məhkəmə prosesləri təxirə düşüb.

Qeyd edək ki, bundan əvvəl məhkəmənin hakimi İradə Həsənzadə də koronavirusa yoluxub.

Azvision.az



Teqlər: Hakim   Koronavirus  





Xəbər lenti