"Qarabağda işsizliyə baxmayaraq, bura iranlı fəhlələr daşınır" - Erməni mətbuatı

  17 Sentyabr 2021    Oxunub :421
  "Qarabağda işsizliyə baxmayaraq, bura iranlı fəhlələr daşınır" -   Erməni mətbuatı
Ermənistan mətbuatı sülhməramlıların nəzarətində olan bəzi ərazilərə iranlı fəhlələrin daşınması haqqında məlumat yayıb. Azvision.az xəbər verir ki "Hraparak" nəşri Qarabağ erməniləri arasında işsizliyin tüğyan etdiyi bir vaxtda belə bir addımın atılmasını qınayıb:
“Son günlər Qarabağda, Əsgəranın "Astxaşen"(Daşbulaq kəndi-red.) ərazisində aparılan tikinti işlərinə İran pasportu olan insanlar cəlb edilir. Hazırda belə işçilərin sayı azdı. Təxminən iyirmiyə yaxın əcnəbi var. Lakin yerli sakinlər onların burada peyda olmasından narahatdır. Onlar müharibədən sonra Qarabağda məşğulluq probleminin kəskin şəkildə artdığı bir vaxtda xariciləri niyə işə götürdüklərini anlamırlar.

Daşbulağın "icma başçısı" Artur Qriqoryan əcnəbilərin sözügedən ərazidə mənzil tikintisi işlərinə cəlb edilmələrini təsdiqləyib:

"Onlar fars olduqlarını söyləyirlər. İşçilərin İran pasportu ilə Qarabağa gətirilən azərbaycanlılar olmasına dair yayılan xəbərlərə gəldikdə isə bu barədə heç nə bilmirəm. İnşaat şirkətindən, rəhbər şəxslərdən soruşun. Qoy onlar bütün bu suallara cavab versinlər. Mənim belə bir səlahiyyətim yoxdur”.

Tural Tağıyev
Azvision.az

Teqlər: Fəhlə   Qarabağ  







Xəbər lenti