"Azərbaycana dəstəyimiz davam edir" - Türkiyə MN

   "Azərbaycana dəstəyimiz davam edir" -    Türkiyə MN
  01 Noyabr 2021    Oxunub:1617
"Türkiyənin Silahlı Qüvvələri Azərbaycan Ordusunun modernləşdirilməsi və təlim fəaliyyətinə, Ermənistanın işğalından azad edilmiş rayonlarda mina axtarışı və məhv edilməsi istiqamətində dəstəyini davam etdirir".
AzVision.az xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Pınar Kara deyib.

“Bu günədək 123 kvadrat kilometr ərazi qoşunlarımız və Azərbaycan tərəfindən təmizlənib. Bundan əlavə, mina və digər partlayıcı qurğuların təmizlənməsi çərçivəsində 899 azərbaycanlı personla təlim keçirilib. Türkiyə və Azərbaycan silahlı qüvvələri arasında birgə fəaliyyət, təlimlərin planlaşdırılması və keçirilməsi, idarəetmə və icra prinsiplərinin uyğunlaşdırılması məqsədilə həyata keçirilən “Qardaş Briqada” layihəsi davam edir", - o əlavə edib.

Bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin ixtisaslı şəxsi heyəti və texnikası ilə hər cür tapşırıqları yerinə yetirmək üçün imkan və texnikaya malik olduğunu sübut edən birgə təlimlər də davam edir: "Bu çərçivədə 2021-ci il oktyabrın 5-8-də Türkiyə və Azərbaycanın şəxsi heyətinin iştirakı ilə Naxçıvanda “Sarsılmaz Qardaşlıq-2021” təlimi keçirilib".

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Türkiyə   Azərbaycan  





Xəbər lenti