“Qarabağ xalçası”na sonuncu ilmələr Şuşada vuruldu - FOTO+VİDEO

   “Qarabağ xalçası”na sonuncu ilmələr Şuşada vuruldu -    FOTO+VİDEO
  03 Noyabr 2021    Oxunub:834
44 günlük Vətən müharibəsindəki qələbəmizi simvolizə edən “Qarabağ İlmələrdə” layihəsi çərçivəsində toxunan Qarabağ “Çələbi” xalçasını daşıyan səyyar avtomobil Zəfər yolu ilə Şuşa şəhərinə gedib və xalçaya sonuncu ilmələr Şuşada vurulub.
Təmiz Şəhər” ASC-dən AzVision.az -a bildirilib ki, şuşalılar, burada xidmət aparanlar və şəhəri bərpa edənlər Şuşadakı Yuxarı Gövhər Ağa məscidinin qarşısında xalçaya ilmə vurublar. Qeyd edək ki, layihə ilə paralel “Qarabağ İlmələrdə” adlı sənədli film də çəkilir. Artıq toxunan xalça və hazırlanacaq sənədli filmin çəkilişi yekunlaşmaq üzrədir.

Tamaşaçılarımız bir neçə gündən sonra ilmə-ilmə toxunan xalçanın müxtəlif bölgələrimizdən keçərək necə ərsəyə gəldiyini bu filmdə görə biləcəklər. “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin təşəbbüsü, Mədəniyyət Nazirliyi, “Azərxalça” ASC və Təmiz Şəhər” ASC-nin dəstəyi ilə reallaşan layihə çərçivəsində toxunan Qarabağ “Çələbi” xalçası Şuşa işğaldan azad olunandan sonra burada ilmə atılan İlk Qarabağ xalçasıdır. Həm Bakıda, həm də regionlarda minlərlə insanın qoşulduğu sosial layihə çərçivəsində vətəndaşlarımız tərəfindən toxunan xalça Vətən müharibəsində hər bir Azərbaycan vətəndaşının zəhmətini, birlik və bərabərliyini nümayiş etdirir.









AzVision.az


Teqlər:





Xəbər lenti