Nazir müavini məşğuluq sahəsində çətinliklərdən danışdı
"Savadlı kadrlar yetişdirməlliyik. İstehsalat, sənaye və elm müəssisələri arasında əlaqələr genişləndirilməldir. Ali təhsilin ümumi idarəçilikdə, daha çox əlavə dəyərin yaradılmasında, iqtisadi artımda və əmək məhsuldarlığının yüksəldilməsində rolu böyükdür. Bu gün ali təhsildə texniki, texnoloji, təbiət və kənd təsərrüfatı isxtisaslarına maraq böyükdür. Bu, səbəbsiz deyil. Dördüncü sənaye inqilabının çağırışları nəzərə alınaraq son iki ildə əsas foks texniki və texnoloji təbiət ixtisaslarının artırılmasına verilib".
Nazir müavini qeyd edib ki, qlobal əmək bazarı ciddi transformasiyalara məruz qalıb:
"Həyata keçiriləcək 2022-2026-cı illər sosial iqtisadi inkişaf strategiyası nəticəsində növbəti ortamüddətli dövrdə ÜDM-in orta illik real artım tempi 3,9 faiz, qeyri-neft ÜDM-nin artım tempi 5 faiz proqnozlaşdırılır. 2026-cı ilədək qeyri-neft ixracının həcminin 1,8 dəfə artırılması, ÜDM-də özəl sektorun payının 88 faizə, qeyri-neft qaz sektoru üzrə ÜDM -də KOB-ların, kiçik orta biznesin payının 35 faizə, qeyri-neft qaz sektoru üzrə məşğulluqda KOB-ların payın 60 faizə çatdırılması nəzərdə tutulub".
E.Əliyev bildirib ki, iqtisadiyyatın müxtəlif sahələrində baş verən rəqəmsal dəyişmələr digər sahələrdə geriləmələr yaradaraq yeni bacarıqları olmayan bazar iştirakçılarının işsiz qalması ilə nəticələnir: "İşçi qüvvəsinin keyfiyyət və rəqabət qabiliyyətinin aşağı olması, kadr hazırlığının əmək bazarının tələbinə uyğunlaşdırılmaması, milli əmək bazarında yeni bacarıqların lazımi səviyyədə olmaması məşğuluq sahəsində çətinliklərin yaranmasına səbəb olur".
Aytən Zəhra
AzVision.az
Teqlər: Məşğulluq