"Bu il Rusiyada 32 terror aktının qarşısı alınıb" - Putin

   "Bu il Rusiyada 32 terror aktının qarşısı alınıb" -    Putin
  20 Dekabr 2021    Oxunub:1076
"Son illər Rusiya terror təhlükəsinin köklü şəkildə azalmasına nail olub".
AzVision.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Xidməti İşçisi Günü münasibətilə təbrik müraciətində deyib.

Onun sözlərinə görə, ötən ilin 11 ayı ərzində 32 terror aktı da daxil olmaqıa, 61 terror cinayətinin qarşısı alınıb.

"Son 11 il ərzində iki yüzdən çox terror aktının qarşısı alınıb və bu müddət ərzində terror cinayətlərinin sayı dəfələrlə azalıb", - Rusiya lideri bildirib.

Putin deyib ki, beynəlxalq terror qruplaşmalarının hücrələrini məhv edərək, bu sahədə səmərəli fəaliyyəti davam etdirmək lazımdır.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Vladimir-Putin  





Xəbər lenti