Amerikalı eks-kəşfiyyatçı: "Rusiya ilə müharibədə ABŞ ordusu məhv olacaq"

    Amerikalı eks-kəşfiyyatçı:    "Rusiya ilə müharibədə  ABŞ ordusu məhv olacaq"
  07 Fevral 2022    Oxunub:2414
ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyatçısı Skot Ritter "Russian Today"(RT) üçün maraqlı bir təhlil yazıb. Məqalədə qeyd edilir ki, Amerika Ukraynaya görə Rusiyaya qarşı müharibəyə qatılarsa, bu, ABŞ ordusunun intiharına bərabər olacaq.
O vurğulayıb ki, Kiyev NATO-ya daxil olarsa, alyansın nizamnaməsinin beşinci maddəsi ABŞ-ı Ukraynanın tərəfini tutmağa məcbur edəcək. Bu zaman, ABŞ ordusunun keçmiş kəşfiyyatçısının dediyi kimi, NATO Ukraynanı öz “çətiri” altına almağa məcbur olacaq.
Bura isə Ukrayna ərazisində hava hücumundan müdafiə sistemləri, aviasiya və döyüş qrupları yerləşdirmək kimi məsələlər də daxildir.

Kiyev Rusiya "İskəndər"lərinin hədəf zonasına salınıb
- Bu çətir hazırlanandan sonra Ukrayna özündə hibrid münaqişəyə başlamaq üçün cəsarət tapacaq. Hansı ki, bu münaqişəyə səbəb kimi Rusiyanın Krımı işğal etməsini görürlər,-Ritter yazıb.

Məqalə müəllifinin fikrincə, Kiyev bu yolla Şimali Atlantika Alyansını Rusiya Federasiyası ilə müharibəyə cəlb edəcək. Eyni zamanda, Skot Ritter vurğulayıb ki, Rusiyaya qarşı müharibə Amerika Silahlı Qüvvələrinin indiyədək iştirak etdiyi müharibələrin heç birinə bənzəməyəcək.

- Bir vaxtlar Sovet Ordusu ilə döyüşmək üçün təlim keçmiş biri kimi şahidlik edə bilərəm ki, Rusiya ilə müharibə ABŞ ordusunun indiyədək üzləşdiyi heç nəyə bənzəməyəcək,-keçmiş kəşfiyyatçı deyib.

Onun fikrincə, müasir ABŞ ordusu təşkilatlanmayıb, şəxsi heyət isə zəif hazırlıqlı olmaqla yanaşı, Rusiya ilə hipotetik müharibəyə də tamamilə hazır deyil. Məsələn, amerikalı keçmiş kəşfiyyatçı yazır ki, ABŞ hərbi doktrinasında irimiqyaslı müharibədə iştirak nəzərdə tutulmur və silahlı qüvvələrin özü də peyk rabitəsinə həddindən artıq arxalanır... Ritterin fikrincə, Rusiya ilə münaqişə yaranarsa, ABŞ hərbi peykləri Moskvanın Radioelektron Mübarizə Sistemlərinin köməyi ilə tez bir zamanda sıxışdırılacaq və Amerika ordusu məğlub olacaq.

O, həmçinin qeyd edib ki, amerikalılar Yaxın Şərqdəki kampaniyalarının "istixana effektinə" öyrəşiblər. Rusiyada isə bu baş verməyəcək. Rusiyanın hava hücumundan müdafiə sistemlərini və döyüş təyyarələrini nəzərə alsaq, Amerikanın döyüşlərdə hava üstünlüyü olmayacaq. Sonda Ritter bir daha vurğulayıb ki, Ukraynanın Şimali Atlantika Alyansına qəbulu ABŞ Ordusunu intihara sürükləyəcək.

Tural Tağıyev
AzVision.az


Teqlər:   Rusiya   ABŞ   Krım   Müharibə  





Xəbər lenti