ABŞ fələstinlilərə 316 milyon dollarlıq yardım edəcək

   ABŞ fələstinlilərə 316 milyon dollarlıq yardım edəcək
  15 İyul 2022    Oxunub:876
ABŞ prezidenti Co Bayden Vaşinqton və Ramallah arasında əlaqələri canlandırmaq üçün fələstinlilərə təxminən 316 milyon dollar yardım ayrılmasını elan edəcək.
Bu barədə adı çəkilməyən rəsmiyə istinadən Bloomberg agentliyi məlumat yayıb. Agentlik bildirib ki, Konqres təsdiqindən sonra yardım paketinə Şərqi Qüdsdəki xəstəxanalar zənciri üçün 100 milyon dollar ayrılacaq. Daha 200 milyon dollar isə Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) gedəcək.

Bundan əlavə, ABŞ prezidenti 2023-cü ilin sonuna qədər dördüncü nəsil 4G mobil şəbəkəsi ilə Fələstin ərazisini əhatə etmək üçün İsrail və Fələstin şirkətləri arasında əməkdaşlığı elan etmək niyyətindədir.


AzVision.az


Teqlər:





Xəbər lenti