"James Webb" Yerə nadir qalaktikanın fotosunu göndərdi

 "James Webb"  Yerə nadir qalaktikanın fotosunu göndərdi
  03 Avqust 2022    Oxunub:394
Ən yeni kosmik teleskoplardan sayılan "James Webb" Yerə daha bir nadir görüntü göndərdi. Fotoda "Cartwheel" adlı qalaktika əks olunub.
AzVision.az xəbər verir ki, məlum foto NASA-nın rəsmi saytında dərc edilib.

"Webb"in güclü infraqırmızı kamerası bir çox başqa qalaktikaların fonunda "Cartwheel" və ona yaxın iki kiçik qalaktikanın təfərrüatlı görüntüsünü yarada bilib. Alimlərin fikrincə, bu foto "Cartwheel"in milyardlarla il ərzində necə dəyişdiyinə dair yeni fikirlər formalaşdıracaq.

Qeyd edək ki, "Cartwheel" qalaktikası Yerdən təxminən 500 milyon işıq ili uzaqlıqdadır və onun nadir bir mənzərə yaratdığı bildirilir. Onun görünüşü vaqon təkərinə bənzəyir.

Tural Tağıyev
AzVision.az

Teqlər: Qalaktika   Teleskop  







Xəbər lenti