Duqinanı ukraynalı qadın öldürüb: FSB cinayətin üstünü açdı |
Rusiya kəşfiyyatının məlumatına görə, sözügedən ukraynalı iyulun 30-da Estoniya ərazisindən Rusiyaya gəlib və cinayət törədilməzdən bir gün əvvəl ölkəni tərk edib.
FSB-nin məlumatına görə, məhz Çıqanenko Vovka Qazaxıstan vətəndaşı Yuliya Zaikonun adına saxta nömrələr və sənədlər təqdim edib. Bundan əlavə, o, Vovka Moskvanın cənub-qərbində icarəyə götürdükləri qarajda əldəqayırma partlayıcı qurğu yığmağa kömək edib.
Xatırladaq ki, bir müddət öncə Moskva vilayətinin Odintsovo rayonundakı Mojayskoye şossesində ölümlə nəticələnən partlayış baş verdi. Jurnalist və politoloq Darya Duqinanın idarə etdiyi avtomobil hərəkətdə olarkən partlayaraq yanıb. Darya Duqina məşhur ictimai xadim Aleksandr Duqinin qızıdır. Şahidlərin sözlərinə görə, Aleksandr Duqin qızının avtomobilində olmalı imiş. Lakin son anda plan dəyişib.
Tural Tağıyev
AzVision.az