Bir vaxt "əsl insan" idi, indi düşməndir - Zatulini niyə silirlər?

 Bir vaxt "əsl insan" idi, indi düşməndir -  Zatulini niyə silirlər?
  25 Oktyabr 2022    Oxunub:1763
Xəbər verdiyimiz kimi bu gün ermənilərin dostu kimi tanınan Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr üzrə komitəsinin sədri Konstantin Zatulinin Ermənistana girişinə qadağa qoyulub.
Sosial şəbəkələrin erməni seqmenti və müxalif media baş nazirin həyat yoldaşı Anna Akopyanın bir vaxtlar Zatulini ağız dolusu necə tərifləməsini xatırladıb. Anna Akopyan 2020-ci il oktyabrın 14-də Facebook səhifəsində Rusiya Dövlət Dumasının deputatı haqqında olan məqaləni paylaşaraq “Daim insan kimi qalan insan” yazıb. Maraqlıdır ki, paylaşım hazırda silinib.

Zatulin: "İrəvan məni qara siyahıya salmaqla təhqir etdi"
Xatırladaq ki, bu gün Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın nəzarət etdiyi "Aykakan Jamanak" qəzeti Zatulinin qara siyahıya düşməsi barədə məlumat yaydı.

Konstantin Zatulin daha çox Azərbaycanın əleyhinə açıqlamalar verməsi ilə tanınır. Onun son müsahibəsində Rusiyanın İrəvana inam və etibarla bağlı problemlərinin yarandığını deməsi diqqət çəkib. Bundan başqa, ermənipərəst rusiyalı siyasətçi, son zamanlar Nikol Paşinyanın yenidən açıq şəkildə Qərbə üz tutmasını da sərt şəkildə tənqid edirdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Anna-Akopyan   Zatulin   Qara-Siyahı  





Xəbər lenti