"Zatulin qalmaqalı" böyüyür - Moskva İrəvandan izahat tələb edir

   "Zatulin qalmaqalı" böyüyür -    Moskva İrəvandan izahat tələb edir
  27 Oktyabr 2022    Oxunub:1274
Rusiya diplomatik kanallar vasitəsilə Zatulin və Simonyanın Ermənistana giriş qadağasının olmasının təsdiqi və aydınlaşdırılması üçün İrəvana müraciət edib.
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

- Biz bu cür bəyanatları və ya mesajları çaşqınlıqla qəbul etdik. Dərhal diplomatik kanallar vasitəsilə bu məsələnin təsdiqi və aydınlaşdırılması üçün müraciət etdik. Əgər təsdiq olunarsa, bunu qeyri-dost və müttəfiqlik münasibətlərinə zidd addım hesab edəcəyik. Onlar (Zatulin və Simonyan-red.) ənənəvi olaraq müttəfiqlik əlaqələrinin hərtərəfli inkişafının tərəfdarıdırlar. Hər iki şəxs ictimai xadimdir, - Zaxarova qeyd edib.

Zatulinin "fatihəsi"ni parlament verməyib?
Xatırladaq ki, iki gün öncə Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın nəzarət etdiyi "Aykakan Jamanak" qəzeti Zatulinin qara siyahıya düşməsi barədə məlumat yaydı. Rusiyalı deputat bundan sonra açıqlama verərək bəyan etdi ki, bu qərar onun şəxsinə qarşı böyük təhqirdir.

Konstantin Zatulindən sonra Rusiyada media holdinq rəhbəri olan ermənipərəst Marqarita Simonyan da qara siyahıya düşdü . Hər iki şəxs daha çox Azərbaycan əleyhinə fəaliyyətlər və açıqlamalar vermələri ilə tanınırlar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Zatulin   Ermənistan  





Xəbər lenti