“Polşaya Ukraynaya məxsus S-300 sistemlərinin elementləri düşüb”

   “Polşaya Ukraynaya məxsus S-300 sistemlərinin elementləri düşüb”
  16 Noyabr 2022    Oxunub:537
“Polşaya Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus S-300 hava hücumundan müdafiə sisteminin elementləri düşüb”. AzVision.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, Rusiyanın hərbi-sənaye kompleksinin mütəxəssisləri Polşa tərəfinin partlayış yerindən paylaşdığı fotoları təhlil edib və bu qənaətə gəlib.

Xatırladaq ki, noyabrın 15-i Polşa ərazisinə 2 raket düşüb. Raketlərin taxıl qurutma maşınlarına dəyməsi nəticəsində iki nəfər həlak olub. Polşanın Xarici İşlər Nazirliyi raketlərin Rusiya istehsalı olduğunu bildirib. Buna baxmayaraq, Polşa Prezidenti Andjey Duda qeyd edib ki, Varşava ölkəyə məhz hansı ölkənin raketlərinin düşməsi barədə dəqiq məlumata sahib deyil. Amerikalı məmurlar isə, Ukrayna qoşunlarının Rusiya raketlərini vurmaq üçün atdığı raketlərin Polşaya düşdüyünü deyib.

AzVision.az


Teqlər:





Xəbər lenti