Rusiya İrəvanın cinayət işi açdığı generalla bağlı tələbini rədd etdi

 Rusiya İrəvanın cinayət işi açdığı generalla bağlı  tələbini rədd etdi
  14 Fevral 2023    Oxunub:1071
İrəvanla Moskva arasında yeni siyasi qalmaqal yaranıb. Məlum olub ki, Ermənistanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan Məhkəmə Aktlarının İcrasının sabiq rəhbəri, ədliyyə general-mayoru, eks-deputat Mihran Poqosyan Moskvada bizneslə məşğuldur.
Kreml Ermənistan hüquq-mühafizə orqanlarının xahişini rədd edərək Poqosyanı təhvil vermir.

Mirzoyan: "Moskva ilə bəzi fikir ayrılıqlarımız var"
"Hetq" nəşri mövzu ilə bağlı yazıb: "2018-ci ildəki hakimiyyət dəyişikliyindən sonra, 2019-cu ilin aprelində Xüsusi İstintaq Xidməti (indiki Korrupsiyaya Qarşı Mübarizə Komitəsi-red.) Mihran Poqosyanın ictimai təhlükəli əməllər törətməkdə təqsirləndirilən şəxs kimi istintaqa cəlb olunacağını elan etdi. Ermənistanda uzun illər bizneslə vəzifəni "uğurla şəkildə" birləşdirən və məsuliyyətə cəlb olunmayan Poqosyan Rusiyada məskunlaşmaqla yanaşı, burada da bekar qalmayıb, yenidən biznesə başlayıb.

Poqosyanın rəhbəri olduğu "PGS" MMC Rusiyada qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 10 min rubl təşkil edirdi. 2019-cu ilin mart ayında isə 10,3 milyon rubl olub. 2021-ci ildəki rəsmi məlumatlara görə, PGS-nin gəlirləri 195 milyon rubl təşkil edib. Şirkətin əsas fəaliyyət sahəsi meyvə-tərəvəzin topdansatışı olsa da, o digər sahələrdə də fəaliyyət qurub", - nəşr yazıb.

Xatırladaq ki, Poqosyan vaxtilə Ermənistanda bananın idxalı ilə məşğul olan əsas şəxs olub. Ən maraqlısı isə budur ki, onun meyvə biznesi ilə məşğul olan "Katrini Mihran" adlı şirkəti vergidən yayınmaq üçün bananları Ermənistana “emal üçün müvəqqəti idxal” adı ilə gətirirmiş. Sənədlərdə gətirilən məhsulların emal edildikdən sonra tropik ölkə olan Baham adalarına ixrac edildiyi göstərilirmiş.

Tural Tağıyev .
AzVision.az



Teqlər:   Ermənistan   Rusiya  





Xəbər lenti