Papikyan Hindistan səfiri ilə hərbi məsələləri müzakirə edib |
"Ölkələrimiz arasında siyasi dialoqun səviyyəsi çox yüksəkdir. Ümid edirəm ki, Ermənistandakı fəaliyyətiniz də bu potensialın konkret sahələrdə reallaşmasına töhfə verəcək", - erməni nazir yeni müttəfiqlərini tərif edərkən qeyd edib.
Qeyd edək ki, Hindistan İkinci Qarabağ müharibəsindən sonra Ermənistana nəinki iqtisadi-sosial, hərbi-siyasi sahədə də aktiv dəstək verir. Dehlinin İrəvana mütəmadi olaraq silah sursat satması isə daha çox diqqət çəkir.
Tural Tağıyev
AzVision.az