Rusiya MN-dən "Vaqner" döyüşçülərinə çağırış: "Silahlı üsyanda iştirakdan imtina edin"

   Rusiya MN-dən "Vaqner" döyüşçülərinə çağırış:    "Silahlı üsyanda iştirakdan imtina edin"
  24 İyun 2023    Oxunub:958
Rusiya Federasiyasının Müdafiə Nazirliyi (MN) “Vaqner”in döyüşçülərinin aldadılıb cinayət avantürasına düşdüklərini bəyan edərək, onları silahlı üsyanda iştirakdan imtina etməyə çağırıb.
““Vaqner” Rostovda bir sıra obyektlərə nəzarəti ələ keçirib" - Priqojin
“Sizi yalanla Yevgeni Priqojinin avantürasına və silahlı üsyanda iştirakına cəlb ediblər. Bir çox yoldaşlarınız öz daimi dislokasiya məntəqələrinə təhlükəsiz qayıtmaq imkanını təmin etmək üçün kömək istəməklə öz səhvlərini artıq başa düşüblər".

Rusiya MN bildirib ki, müraciət edən bütün döyüşçülərə və komandirlərə artıq hər cür köməklik göstərilib. "Sizdən ehtiyatlı olmanızı və mümkün qədər tez Rusiya Müdafiə Nazirliyinin və ya hüquq-mühafizə orqanlarının nümayəndələri ilə əlaqə saxlamağınızı xahiş edirik. Biz hər kəsin təhlükəsizliyinə zəmanət veririk", - Müdafiə Nazirliyi vurğulayıb.

Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü deyib. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb.

Rusiya Federasiyasının Baş Prokurorluğu isə bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Eyni zamanda Moskvada təhlükəsizlik tədbirləri artırılıb və paytaxtın bütün ən mühüm - dövlət energetika və nəqliyyat infrastrukturu obyektləri ciddi mühafizəyə götürülüb.

AzVision.az


Teqlər:   Rusiya   Vaqner  





Xəbər lenti