İrəvanlıların 50%-dən çoxu azad seçkilərə inanmır - "GALLUP" |
Politoloqun sözlərinə görə, hazırda bir çox mühüm nüanslar nəzərdən qaçır: "Yuxarıda sadalananların hamısı o zaman həyata keçirilə bilər ki, şəhər bizim nəzarətimizdə olsun. Yaxud da o, gələcəkdə İrəvan deyil, Yerevan adlandırılsın. Necə ki, Sevan elə Sevan qalacaq, Göyçə adlandırılmayacaq, yaxud da Vardenis Basarkeçər olmayacaq.
Ölkəmizin, Qarabağın ətrafında cərəyan edən proseslər göstərir ki, “təhlükəsizlik sisteminin dağılması nəticəsində şəhərin adının dəyişdirilməsi” inanılmaz bir fenomen kimi görünmür.
Məhz bu səbəbdən kampaniya zamanı seçkilərdə iştirak edən siyasi qüvvələrin təkcə İrəvanın iqtisadiyyatının idarə olunmasından deyil, həm də siyasi məsələlərdən, strateji müttəfiqimiz olan Rusiya ilə münasibətlərimizin yaxşılaşdırılmasından, təbii müttəfiqimiz olan İranla əlaqələrdən, onların təhlükəsizlik problemlərinin həllinə baxışlarından danışması vacibdir. İnsanlarda kopleks tədbirlərlə -iqtisadiyyatdan tutmuş yol tikintisinə, təhsildən abadlığa qədər hərtərəfli islahatlarla bağlı təsəvvürlər yaratmaq lazımdır. Lakin bütün dostluqların və əlaqələrin təkmilləşdirilməsinin əsasında təhlükəsizlik sisteminin sabitliyi dayanır".
Matevosyan gileylənərək qeyd edib ki, “Rusiya və İranla müttəfiqlikdən uzaq münasibətlərlə, İrəvan-Xankəndi birgə təhlükəsizlik sistemi olmadan Qarabağ ermənilərinin, İrəvanın, paytaxt sakinlərinin gələcəyi də sual altındadır”.
Xatırladaq ki, bir neçə gün öncə 44 günlük müharibədə ölən hərbçilərlə bağlı QHT yaratmış Ara Rostomyan jurnalistlərə sensasiyalı informasiyaya malik olduğunu demişdi. O qeyd edib ki, əgər İrəvan Ağsaqqallar Şurasına keçirilən seçkilərdə indiki hakimiyyətin namizədlərindən biri qalib gəlsə, o zaman Ermənistan paytaxtı Batumiyə çevriləcək.
Rostomyanın sözlərinə görə, baş nazir Nikol Paşinyan artıq 400 min azərbaycanlının Ermənistana köçürülməsi ilə bağlı razılıq verib: “O cümlədən, İrəvanda azərbaycanlılar üçün nəzərdə tutulan evlərin tikintisi üçün işlərə başlanılır".
Tural Tağıyev
AzVision.az