Haylardan etiraf: "Diasporumuz çökdü, İrəvan əsas gücündən məhrum olub"

  Haylardan etiraf: "Diasporumuz çökdü, İrəvan əsas gücündən məhrum olub"
  23 Avqust 2023    Oxunub:1794
"Ermənistanla diaspor təşkilatları arasında olan əlaqələr kəsilib".
AzVision.az xəbər verir ki, bunu Rusiya Erməniləri İttifaqının rəhbəri, Ararat Alyansının təsisçisi Ara Abramyan Sputnik-də keçirdiyi mətbuat konfransı zamanı deyib .

Daha bir diaspor fəalının Ermənistana girişi qadağan edildi
Onun sözlərinə görə, son illər erməni diasporunda parçalanma, fikir ayrılıqları, müxtəlif qruplara bölünmə kimi hallar hiss olunur.

"Rusiyada 400-ə yaxın erməni təşkilatı açılıb. Onlar nəsə etməyə çalışırlar, Rusiya Erməniləri İttifaqına mənfi münasibət bəsləyirlər, qısa zamanda da bağlanırlar. Bu təşkilatlar işləmək lazım olduğunu başa düşürlər, lakin bunu edə bilmirlər və təşkilatımızı onların işinə müdaxilədə ittiham etməyə başlayırlar”, - Abramyan gileylənib.

Bundan əlavə, o qeyd edib ki, diaspor təşkilatları arasında tez-tez Ermənistanın daxilindəki hadisələrə bənzər bir vəziyyət yaranır - hamı hamıya qarşı çıxır.
Xüsusilə də, sosial şəbəkələrdə Rusiya Erməniləri İttifaqının tənqid və təhqir olunması halları artıb: "Belə yanaşma Ermənistanın və Qarabağın (Separatçıları nəzərdə tutur-red.) qarşısında duran əsas problemləri həll etməyəcək. Bu gün nəinki Rusiyada, başqa ölkələrdə də diaspor yoxdur. Əlaqələr kəsilib, Ermənistan özünün ciddi gücündən məhrum olub. İrəvan hakimiyyətinin diaspora münasibəti qənaətbəxş deyil".

O qeyd edib ki, Paşinyanın komandası tərəfindən diaspor təşkilatları ilə iş məsələlərinə dair səsləndirilmiş, lakin həyata keçirilməyən 30 faktı da sadalaya bilər.

Qeyd edək ki, Ermənistana uzun illər diaspor təşkilatları həm siyasi, həm də iqtisadi sahədə güclü dəstək veriblər.

Son zamanlar isə Paşinyan hakimiyyəti ilə diaspor təşkilatları arasında uçurum yaranıb. Məsələn, Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri, Daşnaksütyun teror təşkilatının üzvü Murad Papazyanın Ermənistana girişi qadağan edilib. Daşnaksütyun partiyasının Niderlanddakı “Hay Dat” ofisinin rəhbəri Masis Abramyan və onun qızı, partiyanın gənclər qanadının nümayəndəsi Sune Abramyan da ölkəyə buraxılmır. Bundan başqa, diaspor fəalları Ermənistanın baş nazirinə xarici səfərdə olarkən yumurta da atıblar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Diaspor   Rusiya  





Xəbər lenti