Vardanyan: "Bu mənim Nikolla birinci və sonuncu danışığım oldu"

      Vardanyan:    "Bu mənim Nikolla birinci və sonuncu danışığım oldu"
  06 Sentyabr 2023    Oxunub:1052
Qarabağ separatçılarının keçmiş "dövlət naziri" Ruben Vardanyan Ermənistanın baş naziri Nikol Paşinyanla bağlı diqqət çəkən açıqlamalar verib.
AzVision.az xəbər verir ki, "24news" Vardanyandan onlayn müsahibə alıb. Çünki nə Ruben Qarabağdan çıxa bilir, nə də erməni jurnalistlər əvvəlki tək təxribatçı reportajlar üçün hər gün dəhlizdən rahat keçə bilirlər.

Vardanyan Nikolu aşağıladı: "Əgər arvadın bunkerdən çıxsaydı..."
Kanalın aparıcısı Vardanyana "Nikol Paşinyanla əlaqə saxlayırsınızmı?" sualını verib. Ruben isə cavabında “Mən onunla sonuncu dəfə keçən ilin noyabrında əlaqədə olmuşam" deyib.

O qeyd edib ki, Paşinyanla olan danışığı çox qısa çəkib: "Arayik Arutyunyan (Separatçıların keçmiş rəhbəri-red.) məni "dövlət naziri" kimi təqdim etmişdi. Bu, baş nazirlə ilk və son təmasım oldu. İndi praktiki olaraq heç bir əlaqə qalmayıb. Başqa sözlə, bizim hansısa danışıq, kontakt vasitələrimiz yoxdur”, - separatçı qeyd edib.

Xatırladaq ki, bir müddət öncə Vardanyan Ermənistanın baş nazirinin ünvanına sərt sözlər işlətmişdi.
O deyib ki, "Cənab baş nazir, siz Xankəndidə adam qalmamışdı deyəndə səhv edirdiniz. Burada qadınlar da, kişilər da qalmışdı. Sənin arvadın bunkerdən çölə çıxsaydı, Xankəndidə nə qədər qadın olduğunu bilərdi. Həqiqətən də Qarabağda nə baş verdiyini öyrənmək istəsəydin, burada neçə adamın sona qədər vuruşduğunu bilərdin".

Qeyd edək ki, Ruben Vardanyan ötən il Rusiyadan Xankəndiyə bəlli məqsədlər üçün göndərilmişdi. Onun Xankəndiyə gələn kimi "nazir" təyin edilməsi birmənalı qarşılanmadı. Rəsmi Bakının bu siyasi oyuna sərt şəkildə təpki verməsi nəticəsində Vardanyan vəzifədən uzaqlaşdırıldı.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Vardanyan   Paşinyan   Separatçı  





Xəbər lenti