"Vaqner" artıq İrəvandadır" deyən Sefilyan MTX-ya çağırıldı

      "Vaqner" artıq İrəvandadır"    deyən Sefilyan MTX-ya çağırıldı
  11 Sentyabr 2023    Oxunub:1145
"Milli Demokratik Qütb"ün Şura üzvü Jirair Sefilyan "Vaqner" Özəl Hərbi Şirkətlə (ÖHŞ) bağlı qalmaqallı bəyanatlarına görə Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb.
AzVision.az xəbər verir ki, bu barədə "Milli Demokratik Qütb"ün mətbuat xidməti məlumat yayıb.

İrəvandan sensasiyalı iddia: "Ermənistana 12 min vaqnerçi gəlib, çevriliş olacaq"
“Sentyabrın 11-də Sefilyana Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsində şahid qismində dindirilmə barədə məlumat verilib. Dindirməyə səbəb Sefilyanın Ermənistanda “vaqnerçilər”in olması və onların ölkənin milli təhlükəsizliyi üçün təhlükə yaratması barədə açıqlaması olub”, - bəyanatda deyilir.

Qeyd edək ki, bir sıra hökumətyönlü ictimai səhifələr "Vagner"in Ermənistanda yerli qüvvələrin dəstəyi ilə dövlət çevrilişi həyata keçirəcəyinə dair məlumatlar yayıblar. Qeyd edilir ki, baş naziri vəzifədən uzaqlaşdıracaq “Vagner"in Ermənistanda 3 min döyüşçüsü məskunlaşıb.

Rusiya Federasiya Şurasının beynəlxalq komitəsinin rəhbəri Qriqori Karasin isə məlum xəbərlərə reaksiya verərək deyib ki, "bu iddialar cəfəngiyat"dır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Vaqner   Ermənistan  





Xəbər lenti