Zaxarova İrəvanın çevriliş iddialarını mifologiya adlandırdı

   Zaxarova İrəvanın çevriliş iddialarını    mifologiya adlandırdı
  13 Sentyabr 2023    Oxunub:1102
Rusiya Ermənistanda dövlət çevrilişinin hazırlanması ilə bağlı məlumatları qeyri-ciddi qəbul edir.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı məlumat verib.

"Vaqner" artıq İrəvandadır" deyən Sefilyan MTX-ya çağırıldı
“Bu qədər insandan (2000 "vaqnerçi"-red.) danışırıqsa, bəs onlar haradadırlar? Ora 1 milyard əhalisi olan ölkə deyil axı. Bu, daha az əhalisi olan bir dövlətdir. Əgər orda bu qədər silahlı olsaydə çox güman ki, bu insanları görəcəkdilər. Bütün bunlar növbəti mifologiyadır”, - Zaxarova qeyd edib.

Qeyd edək ki, söhbət erməni mediasında "Vaqner"in İrəvanda çevriliş planlaşdırması barədə məlumatlar yaymasından gedir. İddia olunur ki, "Vaqner" qruplaşmasının 2000-ə qədər üzvü artıq Ermənistana köçürülüb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Zaxarova   Ermənistan   Vaqner  





Xəbər lenti