Nikol üçün ağır gecə - Yüzlərlə silahlı səhərə kimi daçanı qoruyub - VİDEO

      Nikol üçün ağır gecə -    Yüzlərlə silahlı səhərə kimi daçanı qoruyub -    VİDEO
  20 Sentyabr 2023    Oxunub:1331
Xəbər verdiyimiz kimi dünən İrəvanda gecə saatlarına kimi etiraz aksiyaları keçirilib. Qəzəbli kütlə Rusiya səfirliyinin qarşısına toplaşaraq “Rusiya düşməndir!”, “Nikol satqındır!” şüarları səsləndiriblər.
Bundan başqa ötən gecə İrəvandakı “Respublika” meydanında da gərgin anlar yaşanıb. Keçirilən aksiyada polislə nümayişçilər arasında qarşıdurma olub. Nəticəsində 34 nəfər yaralanıb ki, onlardan 16-sı polis əməkdaşıdır.

"Hanı Rusiya, belə dost, strateji tərəfdaş olar?" - Ananyan
Bu gün isə məlum olub ki, Baş nazir Nikol Paşinyanın daçası xüsusi təyinatlı polis bölmələri tərəfindən mühasirəyəy alınaraq səhərə qdər qorunub. Yerli media polislərin silah sursatla təmin olunmasına da diqqət çəkib.

"Amma yoldan keçən avtomobilləri idarə edən sürücülər öz etirazlarını siqnalı verməklə bildiriblər", - "Mamul" nəşri yazıb.



Tural Tağıyev
AzVision.az



Teqlər:   İrəvan   Aksiya   Paşinyan  





Xəbər lenti