Paşinyanın tərəfdarları ilə revanşistlər arasında dava düşüb - VİDEO

   Paşinyanın tərəfdarları ilə revanşistlər arasında dava düşüb    - VİDEO
  20 Sentyabr 2023    Oxunub:911
Xəbər verdiyimiz kimi dünən gecədən başlayaraq İrəvanda xaos yaranıb. Qəzəbli kütlə Rusiya səfirliyinin qarşısına toplaşaraq “Rusiya düşməndir!”, “Nikol satqındır!” şüarları səsləndirib.
Bundan başqa, Respublika meydanında baş nazir Nikol Paşinyan əleyhinə keçirilən aksiya zamanı xeyli sayda polis və etirazçı yaralanıb.

Bu gün isə yerli media cəmiyyətin iki hissəyə parçalandığını yazıb. Qeyd edilir ki, hazırda Nikolun tərəfdarları, aksiyaya qarşı çıxanlarla radikal adımların tərəfdarı olan revanşislər üz-üzə qalıblar. Mamul nəşri yazır ki, şəhərdə aksiya keçirməyə çalışan fəalları tez-tez Nikolun tərəfdarları qarşılayır. Bununla bağlı video da dərc edilib. Bir qadın hökumət binası qarşısına toplaşanlara üzünü tutaraq deyib ki, "satqınlar, sizin burada nə işiniz var?".



Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti