"Yevlaxda Ermənistanın "müstəqilliyinin" real obrazını görəcəyik" - Abovyan

   "Yevlaxda Ermənistanın "müstəqilliyinin" real obrazını görəcəyik" -    Abovyan
  21 Sentyabr 2023    Oxunub:979
Ermənistan parlamentinin keçmiş deputatı Arman Abovyan diqqət çəkən açıqlamalar verib. O, Mamul-a verdiyi müsahibədə deyib ki, “2023-cü il sentyabrın 21-i bayram, Ermənistanın Müstəqillik Günü olmalı idi”. Amma müstəqillikdən əsər əlamət qalmayıb.
- Bağışlayın, Ermənistan hökuməti bizi dövlət, xalqı isə millət edən hər şeyi düşmənə verəndə hansı müstəqillikdən danışırıq? Yaxud da düşmən Qarabağda əməliyyatlara başlayan vaxtı onlara Ermənistana girmədikləri üçün təşəkkür edəndə hansı müstəqillikdən danışmaq olar? - o gileylənib.

Nikol komandasına istefaya getməyəcəyinə söz verib - "Hraparak"
Erməni siyasətçi İrəvan hökumətini Qarabağdakı yerli ermənilərin taleyinin Bakıdan asılı olması ilə razılaşmasını da tənqid edib və bunu da müstəqilliklərinə təhdid adlandırıb.

O ermənilərin ruslardan, amerikalılardan, avropalılardan, iranlılardan xalqı “qorumasını” tələb etməsini xatırladıb.

"Hamımız öz ölkəmizin dağıdılmasının iştirakçısına çevrildiyimiz halda da müstəqillikdən danışaq? Hakimiyyət asfalt şəkməyi, “iqtisadi yüksəlişi” özünün başlıca nailiyyəti hesab edəndə, onun biganə baxışları altında öz vətəndaşları qətlə yetirilərkən müstəqillikdən söz açırsız? Bu gün biz Yevlaxda “müstəqilliyimiz”in real obrazını görəcəyik".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Müstəqillik  





Xəbər lenti