Paşinyan: "Ermənilərin Qarabağdan çıxarılması kimi planımız yoxdur"

      Paşinyan: "Ermənilərin Qarabağdan çıxarılması kimi planımız yoxdur"
  22 Sentyabr 2023    Oxunub:1037
"Qarabağ ermənilərinin Ermənistana köçürülməsi onların öz evlərində yaşaması mümkün olmadıqda baş verə bilər. Ermənilərin Qarabağdan köçürülməsi İrəvanın əsas planı deyil".
AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclası zamanı deyib.

Paşinyan Qarabağda vəziyyətin yaxşılaşmasından danışdı
O qeyd edib ki, "Əgər vəziyyət yaxşılaşmasa, o zaman məlum problem gündəmimizdə olacaq. Amma sizə bildirmək istəyirəm ki, hələ sentyabrın 19-da, məlum proseslər başlayan gün mən baş nazirin müavini Tiqran Xaçatryana hökumət tərəfdaşları ilə Qarabağdan insan axını baş verəcəyi təqdirdə, həmvətənlərə necə kömək edəcəyimizi müzakirə etməyi tapşırdım. , - Paşinyan bildirib.

Bununla belə o, bir daha xatırladıb ki, yaşayış üçün 40 mindən çox yerlər hazırlanıb (B planı kimi-red.) və qida, dərman məsələləri də həll olunub.

"Biz bu işlərə hazırıq və hazırlqıları davam etdiririk. Bu, Qarabağdan olan həmkarlarımızla (Separatçıları nəzərdə tutur-red.)razılaşdırılmış mövqedir", - Paşinyan bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Qarabağ  





Xəbər lenti