Ermənistanda benzin növbəti dəfə bahalaşdı |
Tavadyan vurğulayıb ki, dizel yanacağı və benzin hər bir dövlətin inkişafı üçün son dərəcə vacibdir. Çünki onların qiyməti bir çox malların maya dəyərinə əsas xərc kimi daxil edilir və bu məhsulların fasiləsiz təchizatı ölkə üçün əsas əhəmiyyət kəsb edir.
Ekspertin fikrincə, qlobal iqtisadi reallıqlara və Rusiyanın enerji resursları ilə bağlı məhdudiyyətlərə əsaslansaq, Kreml yanacağın dəyərini beynəlxalq bazardakı qiymətlərə uyğunlaşdırmağa məcburdur.
"Anlayırıq ki, hazırda bütün dünyada Rusiya Federasiyasından dizel yanacağı, neft və benzinin ixracını məhdudlaşdırmağa yönəlmiş siyasət aparılır. Buna cavab olaraq Moskva ixracı məhdudlaşdırır ki, benzinin qiyməti beynəlxalq bazarda rəqabətli olsun”, - Tavadyan vurğulayıb. O gileylənib ki, məhdudiyyətlət artıq Ermənistan da daxil olmaqla, Rusiyadan maye yanacaq idxal edən ölkələrə mənfi təsir göstərir.
Xatırladaq ki, sentyabrın 21-də Rusiya hökuməti benzin və dizel yanacağının ixracına qadağa qoydu. Bununla belə, Moskva Avropa İqtisadi İttifaqına üzv ölkələri üçün istisnalar nəzərdə tutulub. Ermənistan da daxil olmaqla, birliyə üzv ölkələr Rusiyadan maye yanacaq almağa davam edəcəklər.
Qeyd edək ki, Ermənistanda benzin və dizel sonuncu dəfə avqustun 11-də bahalaşmışdı. Bundan öncə isə iyulun 9-da yanacağın qiymətində kəskin artım qeydə alınmışdı. Həmin vaxt qiymət artımı 20 dram təşkil edib.
Ümumilikdə isə son aylarda Ermənistanda benzin və dizel yanacağı 120 dram bahalaşıb.
Tural Tağıyev
AzVision.az