"Heç vaxt sülhməramlı qınaqları ilə razılaşmayacağıq” - Peskov

 "Heç vaxt sülhməramlı qınaqları ilə razılaşmayacağıq”    - Peskov
  25 Sentyabr 2023    Oxunub:1006
Rusiya Ermənistanla, o cümlədən ölkənin baş naziri Nikol Paşinyanla dialoqu davam etdirəcək. Lakin Rusiya sülhməramlıların nədəsə günahlandırmaq cəhdləri ilə qətiyyən razılaşmır.
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskov: "Ermənilər bizə yaxın xalqdır"
Onun sözlərinə görə, bu ağır günlərdə Ermənistanla müxtəlif səviyyələrdə dialoq davam edir.

"Bu yaxınlarda Putinin Paşinyanla telefon danışığı olub. Biz bu aralar emosional intensivliyi başa düşürük. Lakin məsuliyyəti Rusiya tərəfinin, Rusiya sülhməramlılarının üzərinə qoymaq cəhdi ilə qətiyyən razılaşmırıq. Bizdə olan mandata uyğun olaraq sülhməramlılar öz funksiyalarını yerinə yetirməkdə qəhrəmanlıq göstərdilər. Heç kim sülhməramlıları nəyisə səhv etməkdə günahlandıra bilməz. Biz heç vaxt belə qınaqlarla razılaşmayacağıq”, - Peskov bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Peskov  





Xəbər lenti