Universitetdə mitinqə çağırış edən erməni siyasətçi saxlanıldı - VİDEO

 Universitetdə mitinqə çağırış edən erməni siyasətçi saxlanıldı    - VİDEO
  26 Sentyabr 2023    Oxunub:1084
“Ana Ermənistan” blokunun lideri Andranik Tevanyan və bir qrup siyasi fəal İrəvan universitetinin binası qarşısında tələbələr üçün informasiya kampaniyası aparmağa çalışıb.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Lakin polislər onun bu aksiyasını yarımçıq dayandıraraq Tevanyanı bölməyə aparıblar.

Ermənistanda partiya lideri həbs edildi - Şagirdləri mitinqə cəlb edib
Erməni siyasətçi səsgücləndirici ilə gənclərə səslənərək deyirmiş ki, “Biz sizdən mübarizədə fəal iştirak etməyi xahiş və tələb edirik. Bu gün saat 19:00-da Respublika meydanında mitinq keçiriləcək. Sizi vətənin xilasında iştirak etməyə və proseslərə töhfə verməyə dəvət edirik”. O həmçinin qeyd edib ki, “Nikolun siyasəti, ilk növbədə, gəncliyi qurban verməkdir. Hansı ki, o, minlərlə gəncin ölümünə səbəb olan müharibə yaratdı, bu indi də davam edir. Qarşıdakı illərdə, gələcəkdə isə daha da pis ola bilər. Bizim hamımızın vəzifəsi Ermənistan dövlətinin dağılmasının, Zəngəzurun süqutunun qarşısını almaqdır".

Xatırladaq ki, Tevanyan bir neçə gün öncə də oxşar addımına görə həbs edilmişdi.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Universitet   Mitinq  





Xəbər lenti