İrəvanda vətəndaşlar arasında qarşıdurma halları artır - VİDEO

 İrəvanda vətəndaşlar arasında qarşıdurma halları artır    - VİDEO
  26 Sentyabr 2023    Oxunub:1024
Ermənistanda vəziyyət gərgin olaraq qalır. Azərbaycanın Qarabağda uğurlu antiterror əməliyyatları başlatmasından sonra İrəvandə başlayan hakimiyyətə qarşı vətəndaş itaətsizliyi aksiyaları səngimir.
Aksiyalar zamanı xeyli sayda fəal saxlanılıb. Bundan başqa vətəndaşlar arasında insidentlər də yaşanır.

Universitetdə mitinqə çağırış edən erməni siyasətçi saxlanıldı - VİDEO
Məsələn, bu gün etirazçılar İrəvanda sirk binasının yaxınlığındakı yolu bağlayan zaman sürücülər onlara etiraz ediblər. Sürücülərdən biri mədəni şəkildə "İcazə verin keçim, işə gecikirəm" deyərkən, qəzəbli kütlə "bir neçə dəqiqə gözləyə bilərsən" cavabı verib. Bundan sonra tərəflər mübahisə ediblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İrəvan   Aksiya  





Xəbər lenti