Bəyanatda qeyd edilir ki, səfirlik Qarabağ ermənilərinin bir hissəsinin Ermənistan hüdudlarından kənara köçürülməsi ilə bağlı yayılan xəbərləri təkzib edir.
"Sosial şəbəkələrin gürcü seqmentində Azərbaycanın sonuncu əməliyyatlarından sonra ərazidən köçmüş Qarabağ ermənilərinin Ermənistandan kənara yerləşdiriləcəyi barədə yalan məlumatlar yayılır. Ermənistanın Gürcüstandakı səfirliyi bu cür uydurma və saxta məlumatları təkzib edir və onların xüsusən də belə bir şəraitd, Ermənistan üçün çətin dövrdə yayılmasını, mövzu ilə bağlı ucuz spekulyasiyanı pisləyir”, - diplomatik missiyanın bəyanatında deyilir.
Xatırladaq ki, bir müddət öncə sosial şəbəkələrdə Qarabağdan olan erməni əsilli şəxslərin Abxaziya və Cənubi Osetiya ərazilərinə köçürülməsi planlarının olduğu barədə məlumatlar yayılmışdı.
Tural Tağıyev
AzVision.az