Bu fikirlər Ermənistanın "Hraparak" qəzetində dərc olunan məqalədəndir. Müəllif qeyd edir ki, "məlumatlı mənbələrimizin sözlərinə görə, sentyabrın 19-dan onların əksəriyyəti küçəyə çıxmaqdan qorxur.
Onların sevimli restoranlarına və rahat əyləncə məkanlarına baş çəkməyə belə cəsarətləri yoxdur. Bağlı otaqlarda oturub baş verənləri ekranda izləyirlər. Bu siyasətçilər təhlükəsiz durumun yarandığına əmin olduqdan sonra "yuvalarından" və bunkerlərindən çıxacaqlar”.
Xatırladaq ki, bir neçə gün öncə Yerablur panteonunda hakim partiyadan olan
iki deputat döyülmüşdü. Deputatalara müharibədə ölmüş hərbçilərin valideynləri hücum etmişdilər.
Tural Tağıyev
AzVision.az