XİN-in sözçüsü Mariya Zaxarova brifinq zamanı deyib: “Biz Qarabağda vəziyyətin yumşaq şəkildə desək, ağır olaraq qaldığını müşahidə edirik. İlk növbədə, 25 sentyabrda Xankəndi yaxınlığındakı yanacaq-sürtkü anbarında baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Bütün xəsarət alanların tezliklə sağalmasını arzulayırıq”.
Onun sözlərinə görə, Rusiya sülhməramlıları yanğının söndürülməsində və hadisə yerində təcili tibbi yardımın göstərilməsi işlərində fəal iştirak ediblər. Faciəli hadisə nəticəsində ağır yaralanan 120 Qarabağ ermənisi müalicələrini ixtisaslaşdırılmış xəstəxanada davam etdirmək üçün Rusiya sülhməramlı Kontingentinin helikopterləri ilə Ermənistan ərazisinə təxliyə edilib.
"Əhalinin normal fəaliyyətini təmin etmək üçün bundan sonra da əlimizdən gələni edəcəyik. Regionda əsas sabitləşdirici faktor öz vəzifəsini fədakarlıqla yerinə yetirən sülhməramlı kontingentdir", - Zaxarova deyib.
Tural Tağıyev
AzVision.az