Qarabağdan 65 mindən çox erməni köçüb?

   Qarabağdan    65 mindən çox    erməni köçüb?
  28 Sentyabr 2023    Oxunub:1079
Sentyabrın 28-i səhər saat 08:00-a olan məlumata görə, Ermənistana 65 036 Qarabağda yaşayan erməni gəlib.
AzVision.az xəbər verri ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan məlumat verib. O qeyd edib ki, Qarabağdan çıxan ermənilər Həkəri çayı üzərindəki körpüdən (Azərbaycanın Laçında açdığı keçid məntəqəsi -red.) keçirlər.

Qarabağdan Ermənistana 13 550 erməni gedib
Yoxlamadan keçən ermənilər bundan sonra Gorus və Vaykda açılmış xüsusi mərkəzlərdə qeydiyyata alınırlar.

Bağdasaryan onu da əlavə edib ki, hansısa səbəbdən qeydiyyatdan yayınan vətəndaşlar sonradan yaşadıqları yerlərdə bu prosedurdan keçə bilərlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Qarabağ   Ermənistan  





Xəbər lenti