Paşinyan: "Yaxın günlərdə Qarabağda erməni qalmayacaq"

      Paşinyan:    "Yaxın günlərdə  Qarabağda erməni qalmayacaq"
  28 Sentyabr 2023    Oxunub:1113
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Qarabağ bölgəsindən könüllü surətdə çıxan ermənilərlə bağlı açıqlama verib.
O, hökumətin iclasında çıxışı zamanı qeyd edib ki, yaxın günlərdə Qarabağda erməni qalmayacaq.

Qarabağdan 65 mindən çox erməni köçüb?
Ermənistanın rəhbəri sərsəm fikirlər səsləndirərək iddia edib ki, guya hazırkı köç, etnik təmizləmədir, ermənilər Qarabağdan çıxarılırlar. Halbuki, bölgəni könüllü surətdə tərk edən Qarabağın onlarla erməni sakini jurnalistlərə verdiyi müsahibələrdə heç bir təzyiq və təhdidlə üzləşmədiyini bəyan edir.

Qeyd edək ki, bu gün Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan Qarabağdan ölkəsinə 65 036 nəfərin köçdüyünü iddia etmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Qarabağ  





Xəbər lenti