İrəvan: "Qarabağdan gələn ermənilərin sayı 70 minə çatır"

 İrəvan:  "Qarabağdan gələn ermənilərin sayı 70 minə çatır"
  28 Sentyabr 2023    Oxunub:948
Sentyabrın 28-inə olan məlumata görə, Qarabağdan Ermənistana 68 386 nəfər köçüb.
AzVision.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan deyib.

O qeyd edib ki, son bir neçə saat ərzində ölkəyə gələn vətəndaşların sayı 3 min nəfəri keçib.

Xatırladaq ki, Bağdasaryan səhər verdiyi açıqlamada "saat 08:00-a olan məlumata görə, Ermənistana 65 036 Qarabağda yaşayan erməni gəlib" demişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Qarabağ   Ermənistan  





Xəbər lenti