İrəvan separatçı "mer"i niyə hərbi qaydalarla basdırdı? - VİDEO

   İrəvan  separatçı "mer"i  niyə hərbi qaydalarla basdırdı?    - VİDEO
  29 Sentyabr 2023    Oxunub:1169
Ermənistan hakimiyyəti Qarabağda mövcud olmuş separatçı rejimin məmurlarından birinin təmtəraqlı dəfnini təşkil edib.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, separatizmə açıq dəstək verən İrəvan Xocavəndin "mer"i olmuş Aznavur Saqyanın dəfnini hərbi qaydalarla həyata keçirib.

Qarabağda daha iki erməni silahlısının cəsədi aşkarlanıb
Mərasimi idarə edən keşişin ənənəvi dini geyimdə deyil, hərbi çalarlarla tikilmiş paltarda görüntülənməsi də diqqət çəkib. Hərbçilər Saqyanı məşhur Yerablur hərbi panteonunda basdırıblar. Mərasimə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın da qatılması diqqət çəkib.

Xatırladaq ki, Aznavur Saqyan sentyabrın 20-də Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri zamanı məhv edilib. Onun silahlılara qoşularaq döyüşlərdə işitrak etdiyi deyilsə də, İrəvan "mer"i mülki şəxs kimi təqdim edirdi.

Mərasimdə hərbçilərin dəfnini həyata keçirən xüsusi hərbi tağımın iştirakı "mer"in əslində məhv edilən silahlı terrorçulardan biri olduğunu, onun Azərbaycan Ordusuna silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirildiyini sübut edir. Saqyanın bayrağa bükülmüş tabutu ilə yanaşı başqa bir erməni də basdırılıb.


Tural Tağıyev
AzVision.az

Qalereya




Teqlər:   Ermənistan   Dəfn   Mer   Separatçı  





Xəbər lenti