Erməni ekspert: "Forbes Zəngəzur dəhlizində bizi yeganə coğrafi maneə adlandırır"

      Erməni ekspert:    "Forbes Zəngəzur dəhlizində bizi yeganə coğrafi maneə adlandırır"
  29 Sentyabr 2023    Oxunub:906
Erməni ekspert, türkoloq Varujan Qeqamyan diqqət çəkən açıqlamalar verib. AzVision.az xəbər verir ki, o, "Forbes"də Zəngəzur dəhlizi ilə bağlı dərc olunan məqaləyə diqqət çəkərək deyib ki, layihə təkcə region ölkələrinin deyil beynəlxalq aləmin marağındadır.
“Sentyabrın 27-də nüfuzlu “Forbes” jurnalı Zəngəzur dəhlizi mövzusunu Türkiyə amili baxımından araşdırıb. Müəllif “Ermənistan-Azərbaycan münaqişəsi güc balansını İran, Türkiyə, Rusiya, hətta Çinə qədər dəyişə bilər” adlı məqaləsində Zəngəzur dəhlizinin Türkiyə üçün təkcə pantürkizmi dirçəltmək baxımından bir fürsət olmadığını yazır. Bu həm də Qərbin Türkiyə vasitəsilə Orta Asiyaya öz təsirini artırmaq və Rusiya, Çin, İranın təsirlərini azaltmaq üçün bir fürsətdir. Məqalə müəllifi fikrlərini belə ümumiləşdirir ki, “Ermənilər məlum prosesdə yeganə coğrafi maneədirlər”,- Qeqamyan deyib.

"Ermənistan Zəngəzur yolunun açılmasına razılıq verməsə, yol İrandan keçəcək"
O, qeyd edib ki, "Bu barədə dəfələrlə demişəm ki, Türkiyənin öz maraqlarını reallaşdırmaq üçün belə bir dəhlizə ehtiyacı var. Amma bu dəhliz Qərb üçün daha çox faydalıdır. Təsadüfi deyil ki, İranda onu “NATO Turan dəhlizi” adlandırırlar".

Ekspert həmçinin vurğulayıb ki, "Əgər heç bir tədbir görməsək, o zaman Qarabağ ermənilərinə olduğu kimi, yaxın vaxtlarda Zəngəzur erməniləri üçün də paltar və ərzaq toplayacağıq”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Zəngəzur   Ermənistan  





Xəbər lenti